...

Azərbaycan QİƏT-in Xarici İşlər Nazirləri Şurasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2007 17:45 (UTC +04:00)
Azərbaycan QİƏT-in Xarici İşlər Nazirləri Şurasında iştirak edəcək

Azərbaycan, Bakı/ Trend İ.Xəlilova/ Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının aprelin 19-da Belqradda keçirilməsi planlaşdırılıb. Bu barədə çərşənbə axşamı Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

Bu tədbir Serbiyanın sədrliyinin sona çatması və səlahiyyətlərin Türkiyəyə keçməsi vaxtına uyğunlaşdırılıb.

Nazirlərin görüşünə qədər 17-18 apreldə yüksək vəzifəli şəxslərin iclasının keçirilməsi planlaşdırılıb.

Məmmədquliyevin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin tərkibi hələ ki, dəqiqləşdirilir.

İclasda XİN rəhbərləri Şurası QİƏT-ə sədrlik etdiyi altı ay müddətində Serbiyanın fəaliyyətini təhlil edəcəklər.

Hələ ki, təşkilatın icra strukturlarının gücləndirilməsi ilə bağlı məsələ açıq qalmaqda davam edir. Bu məsələ 2003-cü ildə qaldırılıb və bu gün də QİƏT-in gündəliyindədir. Istisna olunmur ki, iclas zamanı bu məsələyə də toxunula bilər.

Bu gün QİƏT nəzdində fəaliyyət göstərən layihələrin hazırlanması fondunun işi kifayət qədər effektiv hesab olunmur.

"İndiyə qədər baxılan layihələr praktiki xarakter daşımırdı. İndi biz praqmatik layihələrin hazırlanması barədə məsələ qoyacağıq. Əgər bunlar elmlə bağlıdırsa belə, praktiki əhəmiyyətə malik olmalıdırlar", - deyə M.Məmmədquliyev bildirib.

QİƏT çoxtərəfli təşkilatdır və burda 13 ölkə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti