...

AYİB-in "Millikart"ın səhmdarları sırasına daxil olmasının ilkin müddəti müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2007 16:40 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Millikart" MMC-nin səhmdarları tərkibinə daxil olması 2007-ci ilin ikinci yarımilliyində nəzərdə tutulub. Bu barədə cümə axşamı mərkəzin icraçı direktoru Cəlal Orucov məlumat verib. "AYİB "Millikart"ın ən tezi üç aydan sonra səhmdarı ola bilər və hazırda kapitalda iştirakçı payı və səhmlər paketi üçün investisiya həcmi üzrə danışıqlar gedir", deyə C.Orucov bildirib.

Avropa bankı mərkəzin səhm kapitalında iştirak etməyə artıq rəsmi razılığıın verib. AYİB-ə ilkin olaraq mərkəzin təsisçisi olan, hazırda 10 faiz səhm paketinə malik bir bankın 9 faiz səhmi veriləcək.

MMC-yə beynəlxalq maliyyə institutunun cəlb olunması "Millikart"ın təsisçilərinin yekdil qərarı ilə qəbul olunub. MMC-də hesab edirlər ki, bu cür beynəlxalq institutun cəlb olunması "Millikart"ın inkişafına təkan verəcək. AYİB-ə təqdim olunması nəzərdə tutulan səhm paketinin nominalına əsasən, 360 min manat məbləğində qiymətləndirilir. Lakin səhmlərin ona nominal və yaxud mükafatlarla təqdim olunması məsələsi hələ də açıq qalır.

Bu gün bankların mərkəzin kapitalında minimal iştirak səviyyəsi 1%, maksimal isə 10% təşkil edir. Hazırda o, 18 səhmdar tərəfindən 4 mln. manat həcmində formalaşdırılıb.

Prossesinq mərkəzinə yeni səhmdarların qəbulu üçün nizamnamədə dəyişikliklər edilməli və Azərbaycanın Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmək lazımdır.

"Millikart" MMC 14 iyul 2006-cı ildə təsis olunub. Müstəqil struktur kimi "Millikart" 2 oktyabr 2006-cı ildə fəaliyyətə başlayıb.

Mərkəzin təsisçiləri: Atabank, Azərdəmiryolbank, Azərtürkbank, Bank of Baku, CIBank Debyutbank, Əmrahbank, Xalqbank, Kredobank, Azərbaycan Mikromaliyyələşdirmə Bankı, Parabank, Rabitəbank, Bank Respublika, Bank Standard, Texnikabank, Turanbank, UniBank və Zaminbank.

Xəbər lenti

Xəbər lenti