...

Azərsu kiçik şəhərlərin su təchizatının yenidən qurulması ilə bağlı tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2007 18:00 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycan hökuməti "Kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin maliyyələşdirilməsi üçün Dünya Bankına müraciət edib və vəsaitlərin bir hissəsini cəlb olunmuş şirkətlərin tikinti xidmətlərinin ödənilməsinə ayırmağı planlaşdırır.

İnvestisiya proqramının dəyəri 269 mln. dollar təşkil edir və hər biri 15 milyon dollardan 40 mln dollar məbləğinədək olan onlarla müqavilədən ibarət olacaq. Layihəyə aşağıdakı mərhələlər daxildir:

İlkin layihələndirmə;

Əsaslı layihələndirmə;

Satınalmalar;

Tikinti;

Tikintidən sonrakı mərhələ.

Tikinti işlərini idarə edən şirkət layihənin idarə olunması və monitorinqi məqsədi ilə Layihə İdarəetmə Planı hazırlayacaq və sifarişçinin iş qrafikini, büdcəsini və baş layihə tələblərini nəzərə alaraq layihə ərzində sifarişçiyə tövsiyələr verəcək.

Sifarişçinin birgə effektiv işi üçün sistemin idarə olunması, müasir və effektiv idarəetmə cihaz və avadanlıqlarının tətbiqi üzrə işçi heyətini təlimləndirəcək.

"Azərsu" SC seçilə bilmək hüququna malik məsləhətçiləri konsaltinq xidmətlərinin təmin edilməsi üçün öz maraqlarını ifadə etməyə dəvət edir.

Sənədləri mayın 31-dən gec olmayaraq təqdim etmək lazımdır.

Xəbər lenti

Xəbər lenti