...

Bakıdakı sərnişin avtobusları dəyişdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2007 18:33 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan Nəqliyyat Nazirliyinin Bakı şəhər İcra Hakimiyyəti Nəqliyyat Departamentinin bazasında yaradılmış "Bakı Sərnişin Nəqliyyat" MMC paytaxtda avtobus dayanacaqları üçün 47 xüsusi yer müəyyən edib. Onların 15-i üzrə lazımi sənədlər "Yoltikintiservis" ASC-yə təqdim olunub. Bu barədə departamentin rəhbəri Ceyhun Abdullayev məlumat verib.

Onun sözlərinə əsasən, həmçinin taksi dayanacaqları üçün 145 yer müəyyən edilib. Onlardan 64-ü müvafiq strukturlarla razılaşdırılıb. Beş yerdə işlərə başlanıb.

Abdullayevin qeyd etdiyi kimi, hazırda şəhərin mərkəzində avtomobillərin sayını, küçələrin ötürücülük qabiliyyəti və sərnişin axınını nəzərə alaraq bu gün işləyən 4600 avtobusdan kiçik tutumlu 450-500 avtobusun və böyüktutumlu 460 avtobusun saxlanması nəzərdə tutulub. Digərləri 1100 kiçik tutumlu və 600 böyük tutumlu avtobuslarla dəyişdiriləcək.

Xəbər lenti

Xəbər lenti