...

Nazir müavini: "Rusiya Azərbaycanın əsas iqtisadi əməkdaşı olaraq qalır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2007 14:00 (UTC +04:00)
Nazir müavini: "Rusiya Azərbaycanın əsas iqtisadi əməkdaşı olaraq qalır"

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Bu gün Bakıda Azərbaycan və Rusiyanın Kurqan vilayətinin biznesmenləri arasında işçi görüş keçirilib. Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun bildirdiyinə görə, Rusiya Azərbaycanın əsas iqtisadi əməkdaşı olaraq qalır.

2006-cı ildə ölkələr arasında ticarət dövriyyəti 52,2 faiz artaraq 1,526 mlrd. dollar təşkil edib. 10 il ərzində Azərbaycanda Rusiya investisiyası 0,5 milyardı keçib.

Görüş Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində baş tutub. Görüşdə 50-dən çox iş adamı iştirak edib. Səfərovun fikrinə əsasən, Azərbaycanın Kurqan vilayəti ilə əməkdaşlığı avtoyol tikintisi və körpülərin inşa edilməsi sahəsində ola bilər.

Boqomolovun fikrincə, Azərbaycan və vilayət arasında qarşılıqlı ticarət açıq-aydın istifadə olunmamış potensiala malikdir. "Vilayətin müəssisələri Azərbaycan iqtisadiyyatının imkanları ilə az tanışıdır" - deyə o bildirib.

Onun sözlərinə əsasən, Bakıya nümayəndə heyətinin səfəri və cümə axşamı bir sıra sazişlərin imzalanması tərəflər arasında əməkdaşlığın gələcək inkişafına təkan verəcək.

2004-2006-cı illər ərzində Azərbaycanın vilayuta ixracatı yalnız 60 min dollar təşkil edib (2006-cı ildə) və bu, meyvə və tərəvəz şirələrinin payına düşüb. Vilayətin daxili ticarət dövriyyəsinin 99 faizi Azərbaycanla ixracın, 1 faizi isə ölkədən idxalın payına düşür.

Görüşdə "Kurqanstalmost" SC, IKAR, "Armatur və boru prokat zavodu" SC-nin təqdimatları keçirilib.

AZPROMO-nun prezidenti Emil Məcidovun fikrincə, bu nümayəndə heyətinin Bakıya səfərini əməkdaşlığın sürətlənməsi üçün atılmış addım hesab etmək olar. "Azərbaycanda infrastrukturun inkişafını nəzərə alaraq, vilayətin körpü tikintisi üçün metal konstruksiyalarla bağlı təklifini maraqlı hesab etmək olar" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti