...

Xəzinə hesabında olan vəsaitin qalığı yüksəkreytinqli maliyyə strukturlarının idarəetməsinə verilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2007 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Nazirlər Kabineti büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının idarəetməyə verilməsi qaydalarını təsdiq edib.

Qaydalar faktiki büdcə daxilolmalarının nəzərdə tutulduğundan artıq olması, kassa icrası xəzinədarlıq tərəfindən aparılan büdcədənkənar fondların və məqsədli hesabların (depozit və tapşırıq hesabları) müvafiq şərtlərlə etibarlı banklarda yerləşdirilməsi mexanizmini müəyyənləşdirir.

Sərbəst qalıq vəsaitlərinin etibarlı idarəetməyə verilməsinin əsas məqsədi həmin vəsaitləri dəyərsizləşməkdən qorumaq və dövlət büdcəsinə əlavə gəlir gətirməkdir.

Sərbəst qalıq vəsaitləri Maliyyə Nazirliyi tərəfindən idarə edilə və ya valyuta vəsaitlərinin idarə edilməsində geniş təcrübəyə malik olan quruma idarəetməyə verilə bilər ki, bu da bağlanılmış müqavilə, saziş və digər hüquq müəyyənedici sənədlər və əqdlər əsasında həyata keçirilir.

Sərbəst qalıq vəsaitlərinin idarə edilməsi və ya idarəetməyə verilərək yerləşdirilməsi istiqamətlərinin müəyyən olunması hər il üçün qəbul olunan investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Sərbəst qalıq vəsaitlərinin idarə olunması üzrə investisiya siyasəti Maliyyə Nazirliyinin kollegiyası tərəfindən qəbul edilir.

İnvestisiya siyasətində investisiya portfelinin proqnozlaşdırılan həcmi, xarici menecerlər cəlb etməklə sərbəst qalıq vəsaitlərinin idarəetməyə veriləcək investisiya portfelinin hissəsi və müddəti, likvidlik üzrə tələblər, kredit riskləri üzrə tələblər, qalıq vəsaitlərinin gəlirlilik dərəcəsi öz əksini tapmalıdır.

Sərbəst qalıq vəsaitləri investisiya reytinqi olan ölkələrin mərkəzi banklarda, AA-( Standard

Sərbəst qalıq vəsaitlərinin idarə olunması məqsədi ilə bu sahəyə ixtisaslaşan maliyyə təsisatları və xarici menecerlər cəlb edilə bilər. Sərbəst qalıq vəsaitinin idarə edilməsi üçün xarici menecer cəlb edildikdə, xarici menecer tərəfindən idarə olunan investisiya portfelinə yuxarıda sadalananlardan əlavə digər aktivlər, o cümlədən korporativ səhmlər də daxil ola bilər.

Vəkalət alan sərbəst qalıq vəsaitlərinin idarə edilməsi zamanı onların yerləşdirildiyi hesabın vəziyyəti, vəsaitlərin həcmi və eləcə də hesabat dövründə həyata keçirilən əməliyyatlar və əldə edilmiş gəlir barədə özünün müəyyən etdiyi formada ayda bir dəfə Maliyyə Nazirliyinə, nazirlikdə öz növbəsində idarəetməyə verilmiş sərbəst qalıq vəsaitlərinin hərəkətini və onun idarə edilməsindən əldə edilən gəlirlərin uçotunu ayrıca göstərməklə, rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir. 

Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlir Maliyyə Nazirliyinin Milli Bankda olan hesablaşma hesabına köçürülür və büdcə daxilolmalarında uçota alınır. 

Xəbər lenti

Xəbər lenti