...

Nazir: Azərbaycan əhalisi üçün ünvanlı sosial yardım 1,5 dəfə artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2007 14:07 (UTC +04:00)
Nazir: Azərbaycan əhalisi üçün ünvanlı sosial yardım 1,5 dəfə artacaq

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Azərbaycan əhalisi üçün ünvanlı sosial yardım 67 manatadək artacaq. Bu barədə şənbə günü Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.

Ələkbərovun sözlərinə əsasən, ilkin olaraq bu rəqəm 44 manat 58 qəpik təşkil edib.

Birinci rübdə Azərbaycanda ehtiyacı olan 56 min ailə bu cür yardım alıb.

Nazirlər Kabinetinin qərarı ilə 1 iyul 2006-cı il tarixindən verilən ünvanlı dövlət sosial yardımının alınması üçün "ehtiyac kriteriyası" plankası 30 manat ölçüdə müəyyən olunub.

Əmək nazirliyinin proqnozlarına görə, 2006-cı ildə ünvanlı sosial yardımı 50 min ailə (250 min nəfər) alıb.

Ünvanlı sosial yardımın verilməsi üçün dövlət büdcəsindən 2006-cı il üçün 72 mln. manat ayrılıb. Lakin yardımın yarım ilə veriləcəyi ilə əlaqədar büdcə vəsaitlərinə qənaət olunacaq.

Xəbər lenti

Xəbər lenti