...

Nazir:Azərbaycanın dövlət büdcəsi birinci kvartalda profisitlə yerinə yetirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2007 15:11 (UTC +04:00)
Nazir:Azərbaycanın dövlət büdcəsi birinci kvartalda profisitlə yerinə yetirilib

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/2007-ci il üçün birinci kvartalında dövlət büdcəsinin gəlirləri 96,9 faiz yerinə yetirilib və 1,088 mlrd. manat təşkil edib. Bu barədə maliyyə naziri Samir Şərifov ölkə prezidentinin sədrliyi altında keçirilən birinci kvartalın yekunlarına həsr olunmuş hökumət iclasında məlumat verib.

Keçən ilin analoji dövrü ilə müqayisədə gəlirlər 58,3 faiz və ya 400,4 mln. manat artıb. Vergilər Nazirliyi birinci kvartalda proqnoz göstəricilərini 94,7 faiz yerinə yetirib və 2006-cı ilin müvafiq dövrü ilə muqayisədə vergi yığımı 87,6 faizdən çox (364,5 mln. manat) yerinə yetirilib. Dövlət Gömrük Komitəsi proqnozu 101,7 faiz yerinə yetirərək dövlət büdcəsinə 31,8 faiz (40,2 mln. manat) verib.

Dövlət Neft Fondunun dövlət büdcəsinə ayrılmaları nəzərdə tutulduğu kimi 112,5 mln. manat səviyyədə olub. Büdcə təşkilatlarının qeyri-büdcə vəsaitləri keçən ilin birinci kvartalı ilə müqayisədə 1,7 mln. manat artaraq 20 mln. manat təşkil edib.

Dövlət büdcəsinin xərcləri 74,1 faiz yerinə yetirilərək 834 mln. manat təşkil edib. Keçən ilin analoji dövrü ilə müqayisədə dövlət xərcləri 25,6 faizdən çox (170 mln. manat) yerinə yetirilib.

2006-cı ilin birinci kvartalı ilə müqayisədə sosial müdafiə və təminata xərclər 127,5 faiz artıb. Mədəniyyətə - 48,6 faiz, səhiyyəyə - 35,1 faiz, təhsilə - 23,7 faiz, məişət-kommunal təsərrüfata - 22,3 faiz, kənd təsərrüfatına - 8 faiz.

Sosial istiqamətli tədbirlərin maliyyələşdirilməsinə xərclərin 38,7 faizi (323,1 mln. manat) sərf olunub. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 60,8 faiz (122,2 mln. manat) çoxdur.

Xərc və gəlirlər bəndləri üzrə proqnoz göstəricilərinin yerinə yetirilməməsinə baxmayaraq, dövlət büdcəsi 254 mln. manat profisitlə yerinə yetirilib.

Xəbər lenti

Xəbər lenti