...

"Xalık Bank" Azərbaycanın maliyyə bazarına daxil olmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 12:26 (UTC +04:00)
"Xalık Bank" Azərbaycanın maliyyə bazarına daxil olmaq niyyətindədir

Qazaxıstan, Astana / müx. Trend K.Konırova / Qazaxıstanın "Xalık Bank"ı Azərbaycanın maliyyə bazarına daxil olmaq niyyətindədir. Bu məlumatı Trend ın Astanadakı xüsusi müxbiri verib. "Biz çoxdandır ki, Azərbaycanın maliyyə bazarı ilə maraqlanırıq. Bankımızın strategiyası "Xalık" qrupunun regional maliyyə qrupu kimi inkişafını nəzərdə tutur. Bizim üçün isə region bütün Orta Asiyadır, Monqolustandan başlayaraq, Rusiya ilə sərhədyanı əraziləri əhatə etməklə Azərbaycanadək" - deyə "Qazaxıstan Respublikasının Xalq Əmanət Bankı" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Qriqori Marçenko bildirib.

Onun sözlərinə görə, Azərbaycanın maliyyə bazarına daxil olmağın yolu bank, sığorta şikrəti və digər maliyyə institutlarının alınmasını nəzərdə tutur. Marçenko Azərbaycan bazarının imkanlarını olduqca yükək qiymətləndirib. "Buradakı bazar kifayət qədər maraqlıdır. Ancaq o inkişafda Qazaxıstan bazarından bir neçə il geridə qalır. Hesab edirik ki, bazarda tətbiq edə biləcəyimiz və bununla da Azərbaycan biznesi və əhalisinə xeyr gətirə biləcək bir sıra bank xidmətlərimiz və texnologiyalarımız var. Bu, elektron kartların tətbiqi, ipoteka və lizinqə aiddir" - deyə o qeyd edib.

Marçenko həmçinin Azərbaycanın bank sektorunda çalışan xarici banklarla bağlı fikirlərini açıqlayıb. "Azərbaycanda xarici banklar var. Lakin onlardan heç biri bazarda ciddi rol oynamır. Zənnimcə, əgər bizdə alınsa və biz maraqlandığımız bankın aksiyalarını ala bilsək, Azərbaycan bazarında irəliləyə bilərik" - deyə o vurğulayıb.

Bununla belə, Marçenko hansı bankın aksiyalarından söhbət getdiyini açıqlamayıb. Təkcə onu bildirib ki, "Xalık Bank"ın bir sıra təklifləri var və onlarla bağlı bütün detalları aidiyyatı strukturlarla müzakirə etmək lazımdır: "Bir çox ölkələrdə xarici banklara həssas yanaşma var. Ona görə də öncə müəyyən işlər görmək lazımdır. Konkret olaraq biz öz strategiyamızı anlatmalıyıq. Biz yerli bankların iri korporativ müştərilərini cəlb etməyə çalışmırıq. İlk növbədə kiçik və orta bizneslə işləmək niyyətindəyik. Bu, bizim Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə güclü tərəflərimizdir".

Xəbər lenti

Xəbər lenti