...

Azərbaycanın Maliyyə Nazirliyi avroistiqrazların emissiyası və yerləşdirilməsi üçün xarici menecer cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 13:48 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/ Azərbaycanın Maliyyə Nazirliyi xarici valyuta nominallı dövlət istiqrazlarının (avroistiqrazların) ilk emissiyası və onun beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üzrə aparıcı menecer cəlb edilməsi məqsədilə açıq tender elan edib. Nazirlikdən verilən məlumata əsasən, tender 4 iyun 2007-ci il tarixdə başlanacaq. Tenderdə iştirak etmək marağı aprelin 24-dək bildirilməlidir və tenderin əsas şərtlər toplusu isə aprelin 27-dək təqdim olunacaq.

Tenderdə iştirak haqqı 1000 manat (1200 dollar) təşkil edir. İştirak haqqı Maliyyə Nazirliyinin aşağıdakı bank hesabına köçürülməlidir: COR 328518 AZN 3201-01, VOEN 1700341881, Beynəlxalq Bankın bank hesabı: kod 805722, müxbir hesabı: 0137010002944, VOEN 9900001881. SWIFT IBAZAZ2X.

Tender təklifləri vermək istəyən - valyuta nominallı dövlət istiqrazlarının emissyiası sahəsində aparıcı menecer xidmətlərinin göstərilməsində ən azı son üç il ərzində ixtisaslaşan, bu sahədə beynəlxalq təcrübəyə və nüfuza malik olan maliyyə qurumları ola bilər.

Prezidentin 2007-ci il üçün dövlət büdcəsinin yerinə yetirliməsinin təsdiqi barədə fərmanında 249 mln. manat məbləğində avrobond emissiylarının həyata keçirilməsi nəzərdə tutulub. İlkin şərtlərə əsasən, avroistiqrazlar beş il müddətinə və 5 faizədək faiz qoyuluş ilə buraxılacaq.

Xəbər lenti

Xəbər lenti