...

Azərbaycanda sementin istehsalı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Yanvar-fevral aylarında Azərbaycanda qeyri-metal mineral məhsulların istehsalı 8,9 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Əsasən sement, kərpiç, əhəng, tikinti şüşəsi kimi məhsulların buraxılışı artıb. Hazırda tikinti materiallarının 94,5 faizi özəl sektorda istehsal olunur.

Məhsul növləri İstehsalın həcmi(yanvar-mart 07) Ötən illə müqayisə % 2007-ci il aprelin 1-nə hazır məhsul qalığı
Sement, əhəng və gips istehsalı
Sement (min ton) 312,3 104,6 9,7
Tikinti gipsi (min ton) 4099,7 62,1 179,6
Tikinti əhəngi (min ton) 49,6 12,5 6,5
Sementdən olan tikinti konstruksiyaları (min kub m) 8,6 2,8 3,5
Sement yaxud betondan tikinti blokları (ton) 1878,9 2,6 693,4
Hazır beton qarışığı (min ton) 302,9 80 -
Asbest-sement piltələr (şifer) (min kvadrat metr) 210,3 3,9 395,3
Tikinti kərpici (min kub. m) 93 2.0 14,5
Asfalt (min ton) 40 92,7 -

Yanvar-fevral aylarında bu sahədə çalışanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,5 nəfər çox olmaqla 6123 nəfər təşkil edib. İşçilərin orta əmək haqqı 173 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti