...

Azərbaycanda 100-dən çox auksion keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 18:15 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Yanvar-martda Azərbaycanda fəaliyyət göstərən birjalar tərəfindən 113 auksion keçirilib. Bu auksionlarda 789,4 mln. manat məbləğində valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və istehsal-texniki təyinatlı məhsullar reallaşdırılıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ümumi dövriyyə həcmi 2006-cı ilin eyni dövru ilə müqayisədə 1,7 dəfə artıb.

Satışın kəmiyyəti və həcminə görə 54 faiz dövriyyə artımı ilə Bakı Banklararası Valyuta Birjası və 3,1 dəfə dövriyyə artımı ilə Bakı Fond Birjası fəallığı ilə seçilib.

Xəbər lenti

Xəbər lenti