...

Unibank və VTB-EUROPE sindikatlaşdırılmış kreditin ayrılması barədə razılaşma imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Unibank Kommersiya Bankı VTB-EUROPE bankı ilə ümumi məbləği 15 mln. dollar olan, 12 və 15 aylıq tranş dövrlərinə bölünmüş sindikatlaşdırılmış kreditin ayrılması barədə razılaşma imzalayıb. Bu barədə Bankın məlumatında göstərilib. Razılaşma Azərbaycanın bank sektorunda beynəlxalq maliyyə institutunun iştirakı olmadan özəl bank tərəfindən imzalanmış ilk belə sənəd olacaq.

"Bu gün Azərbaycanın bank sistemi və ölkənin bütün maliyyə sektoru qərb investorlarının böyük marağına səbəb olur. Təbii ki, ilk növbədə investorlar daha uğurlu və özünü göstərmiş banklara diqqət ayırır. Öz növbəsində beynəlxalq əlaqələrin inkişafı Unibank-ın biznesinin inkişafında əsas prioritetlərdən birini təşkil edir. Bu yolla biz ilin sonuna qədər xarici investorlardan 100 mln. dolar dəyərində kredit xətləri cəlb etmək niyyətindəyik",-deyə Unibank-ın idarə heyətinin sədri Faiq Hüseynov qeyd edib.

Hazırda ölkədə olan özəl banklar arasında xarici investorlardan cəlb olunan 70 mln. dollar dəyərində ən böyük investisya portfeli Unibanka məxsusdur.

Xəbər lenti

Xəbər lenti