...

Qazaxıstan Azərbaycan banklarını öz bazarına dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 20:39 (UTC +04:00)

Azərbaycan, Bank/ Trend müxbir İ.Xəlilova/ Qazaxıstanın ikinci səviyyəli bankları Azərbaycanın bank sektoruna gəlmək üçün maraq göstərirlər. Bunu çərşənbə axşamı Manqistau vilayətinin qubernatoru Krımbek Kuşerbayev bildirib.

"Bunlar öz fəaliyyətini yaxşı qurmuş banklardır və ikinci səviyyəyə ayrılmış banklar artıq öz məhsullarına görə fərqlənilrlər. TuranAlem bankının AP-də öz nümayəndəliyi var və mən bilirəm ki, ikinci səviyyədən olan bankların rəhbərləri Azərbaycanda öz filiallarını açmaq niyyətindədir. Belə ki, ölkə rəhbərliyi də bank sektorunun inkişafı üçün yaxşı şərait yaradır",-deyə Kuşerbayev söyləyib.

Bu gün Bakıda o, həmçinin Azərbaycan biznesinin Manqistau vilayətinə gəlməsində və Azərbaycan banklarının Qazaxıstanda filiallarının açılmasında marağın olduğunu da bəyan edib. "Biz də Qazaxıstan qanunvericiliyinə müvafiq olaraq lazımı şəraiti yaratmağa hazırıq. Qazaxıstanın bizim ərazimizdə fəaliyyət göstərən investor, bank və şirkətlər üçün imtiyazlar nəzərdə tutan qanunvericiliyi mövcuddur", - deyə qubernator bildirib.

"Bank TuranAlem" bu ilin sonuna qədər Azərbaycanda filial açmağı planlaşdırır. Xalık Bank isə bank, sığorta şirkəti və ya digər maliyyə institutları formasında bazara daxil olmaq istəyir.

Xəbər lenti

Xəbər lenti