...

"Baltikums" bankının İdarə Heyətinin sədri: "Latviya Azərbaycanın qiymətli kağızlarının alınmasına maraq göstərir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2007 12:36 (UTC +04:00)
"Baltikums" bankının İdarə Heyətinin sədri: "Latviya Azərbaycanın qiymətli kağızlarının alınmasına maraq göstərir"

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova / Azərbaycanın maliyyə bazarı qiymətli kağızların alınması baxımından Latviyanın bank sektoru üçün maraqlıdır. Bu sözləri Bakıda Azərbaycan-Latviya biznes-forumu zamanı Latviyanın "Baltikums" bankının İdarə Heyətinin sədri Aldis Reims deyib. "Neft kapitalına ölkə valyutasının sabitliyini nəzərə alsaq, Azərbaycanın qiymətli kağızlarının kifayət qədər cəlbedici yüksək faiz dərəcələri var" - deyə o bildirib.

Reimsin sözlərinə görə, Latviya Avropa Birliyi ölkəsidir və burada yüksək faiz dərəcələrində pul qazanmaq çətindir. "Bu da bizi digər dövlətlərlə sərfəli işbirliyinə sövq edir. Azərbaycan isə geniş inkişaf edən iqtisadiyyata malikdir və bir çox ölkələrin maraq dairəsindədir" - deyə o qeyd edib.

"Baltikums" bankının rəhbəri hesab edir ki, Azərbaycanda iqtisadiyyatın gələcək inkişafı üçün bütün perspektivlər var. Bunun üçün təkcə neft sektorunu yox, həmçinin maliyyə sektorunu da inkişaf etdirmək lazımdır: "Bu, iri investisiyaların təşviqi üçün lazımdır".

Qeyd edək ki, "Baltikums"un fəaliyyətinin prioritet istiqamətləri arasında beynəlxalq ticarət əməliyyatlarının, habelə dəniz daşımaları, tranzit bizneslə məşğul olan şirkətlərin maliyyələşdirilməsi xüsusi yer tutur. Bank eyni zamanda bu məsələlərlə bağlı digər xidmətləri təklif edir.

Xəbər lenti

Xəbər lenti