...

Azərbaycan və Mərakeş kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2007 15:20 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Mərakeşin Kənd Təsərrüfatı, Kəndlərin və Dəniz balıqçılığının İnkişafı Nazirliyi əməkdaşlıq barədə saziş imzalayıb. Sənəd Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasovun Mərakeşə hazırkı səfəri çərçivəsində imzalanıb. Bu barədə çərşənbə günü Azərbaycanın Mərakeşdəki səfirliyinin attaşesi Anar Mədətli elektron poçt vasitəsilə məlumat verib.

Saziş bu sahədə iki ölkənin əməkdaşlığının inkişafını nəzərdə tutur. Azərbaycanın kənd təsərrüfatı naziri səfəri çərçivəsində mərakeşli həmkarı M.Laensera, həmçinin xarici ticarət naziri Mustafa Meşaxuri və sənaye və ticarət naziri Səlahəddin Mezuarla danışıqlar aparıb. Abbasov həmçinin İslam Konfransı Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ISESCO) baş katibi Əbdüləziz əl-Tuveycri tərəfindən də qəbul edilib.

Görüşlərdə tərəflər ticarət-iqtisadi və kənd təsərrüfatı sahələrində iki ölkə əməkdaşlığının perspektivlərini nəzərdən keçirib.

Səfər aprelin 21-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti