...

Xəzər regionu gəmiləri Azərbaycanda təmir oluna bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanda gəmiqayırma zavodunun tikintisi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının may-iyun aylarında başa çatdırılması planlaşdırılır. Bu barədə Azərbaycan investisiya şirkəti SC-nin direktor müavini Riad Qasımov bildirib.

Aprelin 24-də Seulda AİŞ və Cənubi Koreyanın STS holding-i arasında layihənin birgə maliyyələşdirilməsi barədə memorandum imzalanacaq.

Koreya holding-i əsas səhmdar qismində çıxış edəcək. AİŞ isə 25 faiz paya malik olmaq niyyətindədir.

R.Qasımovun sözlərinə görə, gəmiqayırma zavodu Azərbaycanln Qaradağ rayonunda yeni neft terminalının tikilməsinin ardı olacaq.

"Bu liman vasitəsi ilə Qazaxıstan nefti daha sonra Bakı-Tiflis-Ceyhan boru kəməri ilə göndərilmək üçün nəql olunacaq",-deyə AİŞ sədr müavini bildirib.

Gəmiqayırma zavodunda Qazaxıstan kəmiləri və eləcə də Xəzər regionun gəmiləri təmir oluna bilər.

R.Qasımov söyləyib ki, yeni neft terminalının tikintisi, perspektivləri və effektivliliyinin qiymətləndirilməsini Amerikanın Nexand şirkəti 2007-ci ilin may ayının ortalarına qədər yekunlaşdıracaq.

Terminalın tikintisi təqıribən 90 mln dəyərində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti