...

Bakı metropoliteninin rəisi: Gələcək stansiyaların yaxınlığında yerləşən bütün qeyri-qanuni tikililər söküləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2007 17:16 (UTC +04:00)
Bakı metropoliteninin rəisi: Gələcək stansiyaların yaxınlığında yerləşən  bütün qeyri-qanuni tikililər söküləcək

Azərbaycan,Bakı/müxbir Trend Ülviyə/Metropoliten stansiyalarının tikilməsi nəzərdə tutulan ərazilərdə olan bütün qeyri-qanuni tikililər söküləcək. Bu barədə çərşənbə günü jurnalistlərə Bakı metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.

O həmçinin qeyd edib ki, metropoliten rəhbərliyi gediş haqqının cari qiymətindən (5 qəpik) razıdır və hələ ki, onun artırılması ilə bağlı təşəbbüslə çıxış etməyə hazırlaşmır.

Pik saatlarında metropolitendə olan problemləri şərh edərkən Əhmədov bildirb ki, bu, sərnişin daşınmalarının böyük həcmi ilə izah olunur. "Azərbaycanın hər metropoliten stansiyasında bizim metrodan daha böyük olan Moskva metropoliteninə nisbətən daha çox sərnişin düşür. Bunun hamısı gediş haqqının aşağı tarifi ilə birbaşa əlaqədardır", deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti