...

Nəqliyyat Nazirliyi "Nəqliyyatın intellektual idarəetmə" sisteminin yaradılmasının dəyərini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2007 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bakı şəhərində "Nəqliyyatın intellektual idarəetmə" sisteminin yaradılması 50-55 mln. dollar civarında qiymətləndirilir. Bu layihənin həyata keçirilmə müddəti üç ildir. Bunu çərşənbə günü Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, Koreyanın SKS şirkəti Azərbaycanın Nəqliyyat Nazirliyində layihənin iki təqdimatını keçirib. Bu sistemin yaradılması nəqliyyat vasitələrinin hərəkəti, sürəti, dayanacaqları, nəqliyyat qəzaları, tıxaclar və digər hadisələr barədə operativ məlumatları mərkəzi dispetçer məntəqəsinə ötürməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti