...

Qazaxıstan Bakı-Tiflis-Qars layihəsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2007 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Qazaxıstan Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə qoşulmağa böyük maraq göstərir. Bu və digər məsələlər Azərbaycan və Qazaxıstan nəqliyyat nazirlərinin görüşündə müzakirə olunub. Bunu çərşənbə günü Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, bu layihədə həmçinin Çin də maraqlıdır. Ziya Məmmədov bildirib ki, dəmir yolu fəaliyyətə başlayandan sonra regionun bütün ölkələri rəsmi olaraq qoşulub-qoşulmamasından asılı olmayaraq bu yol vasitəsilə öz yüklərini göndərəcəklər.

2007-ci ilin fevral ayının 7-də Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirləri Bakı-Tiflis-Qars istiqamətində yeni dəmir yolu xəttinin tikintisi barədə razılaşma imzalayıblar.

Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryol nəqliyyatı dəhlizinin yaradılması layihəsinə 98 km uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi də daxildir. Bunun 68 km-i Türkiyənin, 30 km-i isə Gürcüstan ərazisinə düşür. Həmçinin Axalkalaki-Tiflis arasındakı dəmir yolunda da yenidənqurma işləri aparılmalıdır. Layihənin dəyəri təqribən 400 mln. dollar civarında dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti