...

Ekspert: "İlin sonunda Azərbaycanın istehlak bazarında qiymətlər daha 20% artacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2007 13:59 (UTC +04:00)
Ekspert: "İlin sonunda Azərbaycanın istehlak bazarında qiymətlər daha 20% artacaq"

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/İlin sonunda Azərbaycanın istehlak bazarında qiymətlər ilin əvvəli ilə müqayisədə daha 20% artacaq. Bu barədə Azərbaycanın Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, il ərzində istehlak bazarında müvəqqəti qiymət düşməsi sentyabrda kartof (15-20 faiz), soğan (15-20 faiz), göyərti (50 faiz) və digər istehlak mallarında müşahidə olunacaq.

"Qiymətlərin düşməsi həmçinin bazardakı təkliflrələ əlaqədar olacaq. Bazardakı təkliflər mövsümi aylarda yerli istehsalçılar tərəfindən tamamilə təmin edilir" - deyə o bildirib.

Hüseynovun fikrincə, qiymətlərin artımına ilin əvvəlində Azərbaycanın Tarif Şurasının enerji daşıyıcıları və kommunal xərclərə olan qiymətlərin artırılması, həmçinin ÜTT-yə ölkənin daxil olması niyyəti təsir edib.

İqtisadi Araşdırmalar Mərkəzi və USAID-in birgə monitorinqinin nəticələrinə əsasən, birinci rübdə istehlak qiymət indeksi 16,98 faiz təşkil edib. Xidmət sahəsində qiymət artımı 27,91 faiz, ərzaq mallarında - 16,98 faiz, qeyri - ərzaq mallarında isə 11,83 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti