...

Ekspert: "İlin sonunda Azərbaycanda inflyasiya 25%-dək yüksələcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2007 15:24 (UTC +04:00)
Ekspert: "İlin sonunda Azərbaycanda inflyasiya 25%-dək yüksələcək"

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Birinci rübdə 16 faizlik artım nəzərə alınsa, Azərbaycanda inflyasiya ilin sonunda 25 faizədək yüksələcək. Bu barədə cümə axşamı İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib.

İbadoğlunun sözlərinə görə, ölkədə inflyasiyanın yüksəlməsinə pul dövriyyəsinin artımı, manat məzənnəsinin bahalaşması, qeyri-iqtisadi sahədə tələbat, xərclərin artımı birbaşa təsir edəcək.

Azərbaycanın Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ilin sonunda ölkədə inflyasiya bazarlarda nizama salınmayan qiymət artımı hesabına əhəmiyyətli dərəcədə artacaq.

İqtisadi Araşdırmalar Mərkəzi və USAID-in birgə monitorinqinin nəticələrinə əsasən, birinci rübdə istehlak qiymət indeksi 16,98 faiz təşkil edib. Xidmət sahəsində qiymət artımı 27,91 faiz, ərzaq mallarında - 16,98 faiz, qeyri-ərzaq mallarında isə 11,83 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti