...

Azərbaycanın Gəncə şəhərinin işıqlandırma sistemi yeniləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2007 17:27 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə küçələrinin işıqlandırma sisteminin yeniləşdirilməsi üçün Dövlət Neft Fondundan bir milyon manat vəsait ayrılıb. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib.

Onun sözlərinə görə, işıqlandırıcı dirəklərin hazırlanması üçün Rusiyanın Sankt-Peterburq şəhərində olub və oradakı müəssələrin biri ilə bu sahədə müqavilə bağlayıb. "Biz artıq sifarişimizi vermişik. İstehsal olunan küçə işıqları Gəncənin milli üslubunda olacaq. Təxminən üç aya işıqlar gətirilib yerinə quraşıdırılacaq" deyə icra başçısı bildirib.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin sədri Abid Əliyev bildirib ki, ilk mərhələdə şəhərə 50 yeni işıqlandırıcı dlirək gətiriləcək. Dirəklər ilk növbədə şəhərin mərkəzi Nizami, Atatürk, Cavad Xan küçələrində quraşdırılacaq.

Xəbər lenti

Xəbər lenti