...

Tariflərin dəyişdirilməsi Azərbaycanda su istifadəsinə görə ödəmələrin yığımını aşağı salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2007 15:36 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/ Azərbaycanda su istifadəsinə görə tariflərin artırılması bu xidmətdən istifadə edən istehlakçıların ödəmə faizini aşağı salıb. Bu barədə cümə günü mətbuat konfransında "Azərsu" SC-nin rəhbəri Nizaməddin Rzayev məlumat verib.

Onun sözlərinə görə, Tarif Şurasının qərarına qədər 2006-cı ilin dekabrında vəsaitlərin yığım faizi 82,4 faiz, həmçinin əhali üzrə 51,1 faiz təşkil edib. 2006-cı il ərzində ödəmə yığımının səviyyəsi 63,1 faiz, həmçinin əhali üzrə 39,4 faiz, müəssisə və təşkilatlar üzrə 93,1 faiz təşkil edib.

"Yanvarda tariflərin dəyişdirilməsindən sonra 2007-ci ilin birinci rübü ərzində su istehlakçıları üzrə vəsaitlərin yığım səviyyəsi 47,9 faiz təşkil edib, martda bu rəqəmi 53,4 faizədək artırmaq mümkün olub" - deyə Rzayev qeyd edib.

Azərbaycanın Tarif Şurasının qərarına əsasən, 2007-ci ilin yanvarından etibarən Bakı, Sumqayıt, Gəncə, Xırdalan, Mingəçevir, Əli-Bayramlı və ümumilikdə Abşeron yarımadasının əhalisi üçün 1 kubmetr suyun dəyəri 0,18 manat, digər istehlakçılar üçün isə 0,70 manat təşkil edir. Azərbycanın digər regionlarında əhali 0,14 manat, digər istehlakçılar isə 0,70 manat ödəyir. Əgər su xammal kimi istifadə olunursa, 1 kubmetr üçün ödəmə 12 manat üzrə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti