...

Azərdəmiryolbank Visa və MasterCard çip kartlarına keçidlə bağlı tarixləri müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2007 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərdəmiryolbank aprelin sonuna qədər Visa International beynəlxalq ödəmə sistemində çip kartların sertifikatlaşdırılmasını başa çatdırmağı planlaşdırır. Bunu cümə günü bankın idarə heyətinin sədri Roman Əmircanov bildririb. Azərdəmiryolbank Millicart MMC vasitəsilə çip kart buraxan ilk bank olacaq.

R.Əmircanov hesab edir ki: "Sertifikatlaşdırma praktiki olaraq başa çatdırılıb, qalıb kartlar sınaqdan keçirilib. Bunları hazırlayan şirkət isə hər iki ödəmə sistemində - Visa və MasterCard üzrə sertifikatlaşmadan keçib". Azərdəmiryolbank üçün 34 min kart hazırlanması barədə sifariş İspaniyanın Iberica şirkəti tərəfindən yerinə yetirilib.

Bütün sifariş partiyasını bank may ayında yaymağa hazıralaşır. Çip kartların təhlükəsizliyini nəzərə alaraq bank istifadədə olan kartları maqnit zolaqlılarla əvəz etmək niyyətindədir. Bu günə onların sayı 19 mindir ki, bunun da yarısı Visa kartlarının payına düşür.

R.Əmircanovun sözlərinə görə, may ayında MasterCard üzrə çip kartlarının sertifikatlaşdırılması başa çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti