...

Azərdəmiryolbank xarici səhmdarların sayını artırmağı hələ planlaşdırmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2007 19:07 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Aprelin sonunadək Azərdəmiryolbank 1,8 mln. manat məbləğində səhm emissiyalarının yerləşdirilməsini başa çatdımağı planlaşdırır. Bu barədə cümə günü bankın idarə heyətinin rəhbəri Roman Əmircanov məlumat verib. Bu emissiyanın ödənilməsindən sonra bankın kapitalı 9 mln. manatadək artırılacaq, ümumi kapital isə 15 mln. manata çatacaq.

"Bankın səhmdarları sırasına daxil olmağı arzulayanların sayının çox olmasına baxmayaraq, bu mərhələdə nizamnamə kapitalının artırılması fəaliyyətdə olan səhmdarların vəsaitləri hesabına həyata keçiriləcək", - deyə R.Əmircanov bildirib.

Azərdəmiryolbank-ın səhmdarlarının tərkibinə həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı da daxildir. Ona 25 faiz+bir səhm paketi təqdim olunub. Bank rəhbərinin sözlərnə görə, Azərdəmiryolbank-ın portfelinin investisiyalaşdırılması üçün bu gün Qazaxıstanın "TuranAləm", Fransanın Societe General, Rusiyanın VneshtorgBank, Gürcüstanın Bank of Georgia və başqa banklar maraq göstərir. "Söhbət yalnız kapitalın investisiyalaşdırılmasından yox, həm də kredit xətlərinin açılışından gedir", - deyə R.Əmircanov bildirib.

Xəbər lenti

Xəbər lenti