...

Məcburi köçkünlər üçün mikrolayihələr üzrə podratçı və müşahidəçilərin seçimi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2007 21:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti və Dünya Bankının məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi çərçivəsində Məcburi köçkünlərin sosial inkişaf Fondu (MKSİF) aprel-iyun aylarında bir sıra tenderlərin keçirilməsini planlaşdırır. Bu barədə MKSİF-dən məlumat verilib. Onlar mikolayihələrin həyata keçirilməsi üzrə təşkil olunacaq. Keçiriləcək tenderlərdə iştirak etmək istətyən podratçı təşkilatlar və mikrolayihələrin icrasına nəzarət etmək istəyən yerli texniki iqtisadi müşahidəçilər fonda müraciət edə bilərlər.

Tenderlər Dünya Bankının qaydalarına müvafiq olaraq keçiriləcək.

Mikrolayihələr infrastruktur və xidmət sahələrində həyata keçiriləcək. Mikrolayihələrin istiqamətləri aşağıdakılardır: Ağabədi rayonu ərazisindıə yerləşən Şuşa rayonunun qış yataqlarına giriş yolunun bərpası, Daşkəsən rayonunda daxili yolların bərpası, Beyləqan rayonunda subartezian quyularının, məcburi köçkünlərin məskunlaşdığı yataqlarda elektrik təchizatı şəbəkəsinin tikintisi, daxili yol şəbəkəsinin bərpası, Abşeron rayonunda daxili yolların bərpası, Bakıda südçülük-tərəvəzçilik sovxozunun ərazisində məskunlaşmış məcburi köçkünlərin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması, yaşayış binalarının, 1 və 2 nömrəli yataqxanaların təmiri, Gilavar sanatoriyasının elektrik təchizatının bərpası, 28 May qəsəbəsində məskunlaşmış qaçqınlar üçün daxili yolun çəkilməsi, Bakıda məcburi köçkünlərin "Fidan" icması üçün su xəttinin çəkilməsi, Qəbələ rayonunda su şəbəkəsinin tikintisi, Goranboy rayonunda daxili yolların və su kəmərlərinin təmiri, Gəncədə su təchizatının yaxşılaşdırılması, Şəki rayonunda kənd yollarının bərpası.

Layihədə iştirak etmək istəyən iddialılar MKSIF-ə 2007-ci il 4 may saat 18.00-a qədər aşağıdakı ünvanlardan müraciət edə bilərlər: Bakı, Füzuli küçəsi 65, 5-ci mərtəbə.

Tel: 495-30-23, 495-83-86. Faks: 495-70-47.

Xəbər lenti

Xəbər lenti