...

Azərbaycan Dövlət Neft Şirkəti birinci rübdə 1 mln. tondan çox neft ixrac edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2007 15:32 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Yanvar-martda Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 1,12 mln. ton neft və 395,37 min ton neft məhsulları ixrac edib. Bu barədə Dövlət Gömrük Komitsənin məlumatında bildirilib.

Komitənin məlumatına əsasən, "Aztranseil" şirkəti tərəfindən 14,08 min ton, "Caspian Petrol-1" şirkəti tərəfindən 5,9 min ton və "Monolit-d LTD" şirkəti tərəfindən 2,5 min ton neft məhsulu ixrac olunub.

ADNŞ neftin bir hissəsini öz vəsaitləri hesabına Azərbaycanın dəniz və quru yataqlarında hasil edir, digər hissəsini xarici şirkətlərlə əməkdaş olaraq istehsal edir. Azərbaycanda neft məhsulları ADNŞ-in tərkibində olan Bakının iki neft-qaz emalı zavodu tərəfindən istehsal olunur. Onların ümumi emal gücü ildə 20 mln. tondan çox nefti keçir.

Xəbər lenti

Xəbər lenti