...

KFW və "Azərsu"Azərbaycanın kiçik şəhərlərinin su təchizatı layihəsi üzrə 2007-ci il üçün tədbirlər planını razılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Alman inkişaf bankı KFW Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisteminin bərpası layihəsi çərçivəsində "Azərsu" SC ilə sənəd imzalayıb. Bu barədə bazar ertəsi KFW-nin Bakı ofisinin rəhbəri Natiq Abdullayev bildirib. Sənəddə 2007-ci ilin sonuna qədər tədbirlər planı müəyyən olunub.

Layihənin həyata keçirilməsi üçün "Azərsu"ya yardım edəcək məsləhətçinin iki ay müddətində seçilməsi planlaşdırılır. Seçim İsveçrə firmaları arasında aparılacaq, belə ki, məsləhət xidmətlərinə görə, ödəniş İqtisadi məsələlər üzrə İsveçrə Dövlət katibliyinin (Seco) ayırdığı qrant vəsaitləri hesabına təmin olunacaq. N.Abdullayevin sözlərinə görə, artıq konsaltinq şirkətlərinin "short-list"i müəyyən olunub və indi tenderdə iştirak üçün onların dəvət olunması gözlənilir.

Məsləhətçilər Gəncə və Şəki su şəbəkələrinin institusional müasirləşdirilməsi və podratçıların müəyyən olunması üçün tenderin texniki şərtlərinin hazırlanmasına cəlb olunacaq.

KFW nümayəndəsi hesab edir ki, su şəbəkəsi strukturunun müasirləşdirilməsi tədbirləri və tikinti işləri paralel olaraq aparılacaq.

KFW Missiyasının tərkibinə kommunal inkişaf sektorunun müdiri Feliks Klauda, layihə meneceri Ursulla Hayster və və texniki ekspert cənab Foqst daxil idi. Bu, onların Azərbaycana ilk səfəri idi və daha çox tanışlıq xarakteri daşıyırdı. Səfər aprelin 21-də başa çatıb. Layihə Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisteminin keyfiyyətinin və etibarlığının yaxşılaşdırılmasını nəzərdə tutur və büdcəsi 55 mln. avrodur. 2006-cı ilin oktyabrında Berndə imzalanmış sazişə əsasən, KFW layihənin həyata keçirilməsinə 37 mln. avro kredit, İsveçrənin iqtisadi məsələlər Üzrə Dövlət katibliyi isə 10 mln. avro dəyərində qrant ayıracaq. Azərbaycan hökumətinin payı isə 8 mln. Avro təşkil edəcək. Layihə xüsusilə Gəncə və Şəki şəhərlərində yerli əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti