...

2007-ci ildə AzeriLeasing-in lizinq portfelinin artımı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2007 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / 2007-ci ilin sonuna kimi Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə şirkəti olan AzeriLeasing-in portfelinin 45 milyon dollaradək çatdırılması planlaşdırılır. Bu barədə ABB idarə heyəti sədrinin müavini Vaqif Əkbərov məlumat verib. Buna lizinq maliyyələşməsinə ehtiyacı olan potensial layihələrin mövcudluğunun əsas verdiyini deyən Əkbərovun sözlərinə görə, portfel daha da böyük ola bilərdi. Ancaq əvvəlki layihələrlə bağlı əsas borcun vaxtı yetişdiyi üçün portfelin azalacağı gözlənilir. Qaytarılacaq məbləğin həcmi təxminən 2-3,5 milyon dollara bərabərir.

Hazırda şirkətin lizinq portfeli artıq 34 milyon dollara çatıb. Bu məbləğ Azərbaycandakı bankların yarısının kredit portfelindən çoxdur. Bu maliyyə hesabına 150-dən çox lizinq layihəsi müəyyənləşdirilib.

Qeyd edək ki, Azerileasing-in layihələrinin maliyyələşdirilməsi əsasən ABB-dən bazar qiyməti ilə cəlb edilmiş kredit resursları hesabına gerçəkləşdirilir. ABB idarə heyəti sədrinin müavini hesab edir ki, şirkətin nizamnamə fondunun artırılması da əlavə resursları cəlb etməyə imkan verəcək. Şirkətin portfeli kifayət qədər diversifikasiya olunub. Lizinq xidmətləri sənaye, tikinti, emal və səhiyyə kimi sahələrdə göstərilir.

AzeriLeasing ABB tərəfindən 2000-ci ildə təsis olunub, ABB-nin bu şirkətin nizamnamə kapitalında iştirakı 90 faiz təşkil edir. Yerdə qalan 10 faiz isə ABB - "Biznes-rabitə kommunikasiya" şirkətinə məxsusdur. Yaxın günlərdə Böyük Britaniyanın Dolphin Leasing şirkəti rəsmən AzeriLeasing-in təsisçiləri sırasına qatılacaq. Onun iştirakının payı 50 faiz olacaq. AzeriLeasing-in ödənilmiş nizamnamə kapitalı isə 800 min dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti