...

"Binə" Ticarət Mərkəzi Qaradağa köçürüləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2007 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / müx. "TrendLife" F.Sadıxov

Son günlər Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən "Binə" Ticarət Mərkəzinin başqa yerə köçürülməsinə hazırlıq işləri sürətlənib.

Artıq bir aya yaxındır ki, ticarət mərkəzində çalışan mağazaa sahiblərinin hər birindən yeni ərazidəki obyektin inşası üçün 1000 ABŞ dolları məbləğində pul yığılır. "Binə"də ticarətlə məşğul olan sahibkarların "TrendLife"a verdiyi məlumata görə, əgər əvəllər həmin məbləğin ödənilməsi məcburi idisə, artıq ticarətçilərin özləri bunda maraqlıdırlar: "Rəhbərlik xəbərdarlıq edib ki, kim tələb olunan məbləği ödəməsə, yeni ticarət obyektində yer götürə bilməyəcək. Ona görə artıq bütün sahibkarlar könüllü şəkildə həmin məbləği ödəyirlər".

Onu da qeyd edək ki, "Binə" Ticarət Mərkəzinin köçürüləcəyi yer də artıq dəqiqləşib. Həmin yer Qaradağ rayonunda "Qurd qapısı" adlanan ərazinin yaxınlığında yerləşir. Bu barədə "TrendLife"a "Binə" Ticarət Mərkəzinin rəsmisi məlumat verib. Onun sözlərinə görə, yeni ticarət mərkəzinin tikintisinə gələn il başlanılacaq, "Binə"nin isə həmin yerə köçürülməsinin 2009-cu ilin ortalarınadək başa çatdırılması nəzərdə tutulur.

Hazırda "Binə" Ticarət Mərkəzində 3 mindən çox adam fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti