...

BVF Azərbaycanın məlumatların yayılmasının xüsusi standartlarına qoşulmasının mümkün tarixini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / 2008-ci ilin ortalarında Azərbaycan Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatların yayılmasının xüsusi standartlarına qoşulacaq. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib.

Müvafiq tarixlər ekspert qiymətləndirilməsindən sonra müəyyənləşdirilib. Bu məqsədlə aprelin 18-dən 25-dək BVF-in statistika departamentinin baş iqtisadçısı Zdravka Balyezanın rəhbərlik etdiyi texniki missiya Azərbaycanda olub.

Standartlara qoşulmadan öncə Azərbaycan bir sıra tədbir görməlidir. Dövlət Statistika Komitəsi respublika üzrə əsas koordinasiya orqanı kimi Maliyyə Nazirliyi və Milli Bankdan məlumatlar toplamalı və web-saytda yerləşdirməlidir. Sonra bunların əsasında BVF monitorinq keçirəcək.

Vəliyevin sözlərinə görə, statistik məlumatların saytda yerləşdirilməsinin dövrülüyü fərqlidir - aylıq, rüblük, illik. Hələlik yalnız xarici borc üzrə məlumatların yayılması ilə bağlı məsələ açıq olaraq qalır. "Hələ "Dövlət borcu haqqında" qanun layihəsinin parlamentdə müzakirəsi gedir. Yalnız onun qəbulundan sonra qeyri-dövlət xarici borcunun uçotunun aparılmasının hansı orqana tapşırılacağı bəlli olacaq" - deyə Vəliyev vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, saytda təxminən 30 göstərici üzrə məlumatların yerləşdirilməsi planlaşdırılır.

Xatırladaq ki, 2-3 il əvvəl Azərbaycan BVF-in ümumi məlumatların yayılması standartlarına qoşulub.

Xəbər lenti

Xəbər lenti