...

Ekspert: "Ukraynadakı böhran radikal şəkildə həll olunsa, bu, iqtisadiyyata tez təsir göstərəcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2007 11:56 (UTC +04:00)
Ekspert:  "Ukraynadakı böhran radikal şəkildə həll olunsa, bu, iqtisadiyyata tez təsir göstərəcək"

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitski/ Ukraynadakı siyasi durumun radikal senari üzrə inkişafı - iqtisadiyyata tez təsir göstərə biləcək amildir. Bu fikri Kiyevdə iqtisadi məsələlər üzrə ekspert Andrey Blinov ifadə edib.

"Siyasi böhranın radikal addımlar olmadan altı ayadək davam etdiyi halda isə Ukrayna iqtisadiyyatı göstərir ki, belə şəraitdə buna tamamilə normal reaksiya verəcək. Hazırda Ukrayna biznesində normal iş gedir. Şirkətlər və banklar kreditlər bazarına çıxır, Ukrayna avrobondların buraxılmasını planlaşdırır" - deyən ekspert siyasətin iqtisadiyyata heç bir təsir göstərmədiyinə dair iddiaları səhv adlandırıb.

Blinov həmçinin hesab edir ki, istənilən siyasi böhran dərhal investisiyaların və büdcə daxilolmalarının azalmasına gətirib çıxarmır. Onun fikrincə, əslində həqiqət hardasa ortadadır. "İqtisadiyyat adətən qısa müddət ərzində sıçrayış edə bilməməklə yanaşı, tezliklə inkişafını da dayandıra bilməz" - deyə o vurğulayıb.

"Bugünkü durumun 2004-cü ildəki durumdan əsas fərqi ondan ibarətdir ki, insanlar və biznes ölkədə gedən siyasi proseslərə başqa cür yanaşır. Əgər 2004-cü ildə xalq kütlələrini hərəkətə gətirən müəyyən ideya var idisə, bu günkü aksiyalara az adam qoşulur. Sanki azarkeşlər ayrı-ayrı futbol komandalarına azarkeşlik edirlər, ancaq fanat deyillər. Prinsip etibarilə bu, hansısa ümumi işləri görməyə maneçilik yaratmır. Bu, iqtisadiyyatda pozitiv məqamdır" - deyə ekspert fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti