...

Gürcüstan "İoris veli" neft yatağını özünə qaytarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2007 12:26 (UTC +04:00)

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Gürcüstan "İoris veli" neft yatağını özünə qaytarır. Gürcüstanın Neft və Qaz Korporasiyasından verilən məlumata əsasən, bu gün saat 16:00-da korporasiya və "Neyşenel petroleum limited" beynəlxalq qrup arasında "İoris veli" MMC-nin səhm paketinin əldə olunması haqqında müqavilə imzalanacaq.

Korporasiya beynəlxalq qrupa məxsus 50% səhm əldə edir. Yerdə qalan 50% isə "Teleti" dövlət şirkətinə məxsusdur. Sövdələşmənin nəticəsində "İoris veli" dövlətin mülkiyyətinə keçir. Sövdələşmənin digər təfsilatları müqavilənin imzalanmasından sonra elan olunacaq.

Xəbər lenti

Xəbər lenti