...

Mart ayında Azərbaycanda qeyri-neft ÜDM-də geniş pul kütləsinin xüsusi həcmi 21,7 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2007 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankı 2007-ci il aprelin birinə ölkənin pul bazarında aparılan araşdırmaların nəticələrini elan edib. AMB-dən verilən məlumata görə, ilin əvvəli ilə müqayisədə manatın pul kütləsi (M2) 45.9 mln. (3,5%) artaraq 2217,2 mln. manat təşkil edib.

Nağd pul kütləsi (M1) 2006-cı ilin martı ilə müqayisədə 5,5 faiz, martla müqayisədə 243 faiz, 2007-ci ilin əvvəli ilə müqayisədə isə 2,6 faiz artıb.

Martda mövsümi faktorlardan təmizlənmiş pil kütləsi (M0) fevralla müqayisədə 5,4 faiz, 2006-cı ilin mart ayı ilə müqayisədə 2,9 dəfə artıb.

M2 pul aqreqamtının həcmində keyfiyyət dəyişiklikləri və əhəmiyyətli artım baş verib ki, bu da nağdsız dövriyyə hesabına baş verib. Təcili manat depozitəri və əmanətlərinin artımı 5,3 dəfə, həmçinin uzunmüddətli əmanətlər 4 dəfə artıb. Manatın nağd pul kütləsi 2,6 dəfə artdığına görə, nəticədə MO pul kütləsi ilin əvvəlindən 69,1 faizdən 69 faizə qədər enib.

AMB belə nəticəyə gəlib ki, ölkədə maliyyə innovasiyalarının inkişafının sürətlənməsi ilə əlaqədar, xüsusilə də qabaqcıl ödəmə sistemlərinin tətbiqi göstəriciləri yaxşılaşıb.

Manatın pul multiplikatoru ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz artaraq 1,33-ə çatıb.

AMB monetizasiya faizi və mart ayındakı artımı təsdiq edir. Nəticədə 2006-cı ilin mart ayı ilə müqayisədə geniş pul kütləsinin həcmi mart ayında qeyri-neft ÜDM-də 11,3 faiz artaraq 21,7 faizə çatıb.

Xəbər lenti

Xəbər lenti