...

GTZ Azərbaycanın alkoqol bazarının monitorinqi zamanı problemlər aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova/ Alman texniki yardım cəmiyyəti (GTZ) Azərbaycanda alkoqol bazarının monitorinqini başa çatdırıb. Bu barədə Azərbaycanın özəl sektorunun inkişafına yardım proqramının meneceri Mixael Qerlix bildirib.

Monitorinq zamanı müyyən problemlər aşkar olunub. Bunların sırasında Qerlix şərabçılıq müəssisələrinin adını çəkib ki, burada da məhsulun sovet dönəmində quraşdırılmış avadanlıqlarla aparıldığını və bununla da istehsal olunan məhsulun bazar iqtisadiyyatının prinsiplərinə uyğun gəlmədiyini bildirib.

Dünya miqyasında bu məhsulun keyfiyyəti çox yüksəkdir. Xüsusilə Cənubi Afrika, Yeni Zelandiya, ABŞ, Avropa ölkələrində. Buna görə də Azərbaycanın şərabçılıq məhsullarına olan tələblər də dəyişilməlidir.

"Dünya standarlarına nail olmaq və məhsulu xaricə çıxarmaq üçün Azərbaycanlı istehsalçılar məsləhətçilərin xidmətlərindən istifadə etməlidirlər. Monitorinq zamanı biz Fransadan mütəxəssislər və digər şərab istehsal edən ölkələrdən məsləhətçilər dəvət etmişdik, lakin yerli müəssisələr bu xidmətdən imtina etdilər",-deyə M.Qerlix bildirib.

Bu məsləhətçilər Chardone növlü üzümün əkilməsindən imtina olunmasını təklif ediblər. Belə ki, dünyada və Azərbaycanda bu növdən istifadə edən bir çox müəssisələr nailiyyət qazana bilmir. Chardone istehsalında müəyyən qiymət fərqi ola bilər. Mütəxəssislər isə hələ sovet dövründən bu məqsədlər üçün nəzərdə tutulmuş üzüm növlərini yetişdirməyi məsləhət görürlər.

Monitorinq bütün şərabçılq müəssisələrini əhatə edirdi. Qerlixin sözlərinə görə, o, yerli firmalar ki, öz potensiallarını artırmağa hazır olduqlarını bildiriblər, hətta 10 faiz belə dünya standartlarına cavab vermirlər.

Monitorinq zamanı Azərbaycan məhsulları Alamaniyada və Avropanın digər ölkələrində laboratoriya analizindən keçirilib və onların dünya standartlarına uyğun gəlmədiyi, hətta bəzilərinin sağlamlıq üçün təhlükəli olduğunu bildirilib. Şüşəyə doldurulmamışdan öncə mikrobları öldürmək üçün müəssisələr məhsulu qızdırırlar ki, bu da keyfiyyətə təsir edir. Avropada isə bu təmizləmə soyuq halda aparılır və burda bütün proses steril vəziyyətdə olur.

Nəzərə alsaq ki, yerli məhsulun satıldığı Rusiya bazarında belə istehsal və ixraca dair tələblər dəyişir, bu halda müəyyən müddət sonra Azərbaycan məhsulu Rusiya bazarında da öz mövqeyini itirəcək.

Bununla əlaqədar Azərbaycanın şərab istehsalçıları öz istehsal şərtlərini dəyişdirməlidirlər.

Xəbər lenti

Xəbər lenti