...

Azərbayacan büdcəsi profistlə yerinə yetirilmə meylini saxlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2007 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Dəqiqləşdirilmiş məlumatlara görə, aprelin birinə faktiki büdcə daxil olamaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz (428,1 mln. manat) artaraq 1086,8 mln. manat (21,1 faiz ÜDM) təşkil edib. Bu barədə hökumətdən məlumat veriblər. Dövlət büdcəsinin xərcləri 25,6 faiz artaraq 834,6 mın manat (16.2 faiz ÜDM) təşkil edib.

Yanvar-mart aylarında büdcə profisiti 252,2 mln. olmaqla ÜDM-in 4,9 faizini təşkil edir.

Büdcənin gəlir hissəsində 72,2 faiz Vergilər Nazirliyinin hesabına təmin olunub. Gömrük rüsum və vergiləri 166,1 mln. manat (xüsusi çəkisi 15,3 faiz) təşkil edib. Qalan 135,9 mln. manat isə digər mənbələr hesabına təmin olunub.

Hesabat dövründə ƏDV-dən 245,6 mln. mant daxil olub ki, bu da aşağıdakı kimi bölüşdürülüb: 22,6 faiz ümumi gəlirlər, mənfəət vergisi - 376,4 mln. manat (34,6 faiz), gəlir vergisi - 119,1 mln. manat (10,9 faiz), aksiz vergisi - 60,4 mln. manat (5.6 faiz), xarici iqtisadi fəaliyyətdən - 67,6 mln. manat (6,2 faiz).

Əhalinin sosial təminatının və müdafiəsinin yaxşılaşdırılması üçün yanvar ayında büdcə xərcləri 151,9 mln. manat (18,2 faiz), təhsil - 122,6 mln. manat (14,7 faiz), səhiyyə - 33,7 mln. manat (4 faiz), prokurorluq, təhlükəsizlik, hüquqmühafizə orqanları, məhkəmə hakimiyyətlərinin saxlanılmasına - 71 mln. mant (8,5 faiz), iqtisadiyyat invvestisiya hyatırımı - 211,4 mln.manat (25,3 faiz) burdan yaşayış-kommunal xərclərinə -10,1 mln. manat (1,2 faiz), sənaye və tikinti - 172,6 mln. manat (20,7 faiz), kənd, meşə təsərrüfatı, həmçinin balıqçılığa - 21,9 mln. manat (2,6 faiz) ayrılıb. Əmək haqları, pensiya və müavinətlərin ödənilməsinə yanvar ayında 41,6 faiz (347,1 mln. manat) büdcə vəsaiti sərf olunub.

Xəbər lenti

Xəbər lenti