...

PFMC rəhbəri: "Böyük səkkizlik qlobal uyğunsuzluq, enerji təhlükəsizliyi və iqlim dəyişikliyindən narahatdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2007 15:51 (UTC +04:00)
PFMC rəhbəri: "Böyük səkkizlik qlobal uyğunsuzluq, enerji təhlükəsizliyi və iqlim dəyişikliyindən narahatdır"

Azərbaycan, Bakı / Trend müxbir V.Şərifov/ 25-26 aprel tarixlərində Bonda böyük səkkizlik ölkələrinin (G8) QHT Forumu keçirilib. Azərbaycanı görüşdə İctimai Maliyyə Monitorinqi Mərkəzinin direktoru, iqtisad elmləri doktoru İnqilab Əhmədov təmsil edirdi.

Trend ın PFMC rəhbəri İnqilab Əhmədovla müsahibəsi:

- Forumun məqsədləri nə idi?

- Vətəndaş dialoqu G8 artıq bir neçə ildir ki, fəaliyyət göstərir və hər il böyük səkkizlik ölkələrindən birində toplanır. Ötən il Forum Moskvada, hazırda isə Bon şəhərində keçirilirdi. Vətəndaş dialoqunun əsas missiyası Böyük səkkizlik ölkələrinə dünyanın ən mühüm problemlərini nəzərə almaqla ən münasib siyasətin hazırlanmasında yardım etməkdir. Qeyd etmək lazımdır ki, forumun tərkibi nüfuzundan daha böyükdür. Forumda 25 ölkədən 300-dən çox QHT-nin iştirak etdiyini demək kifayətdir. Əsasən bu, Almaniyadan və digər ölkələrdən olan QHT-lərdir. Rusiya isə Forumda Prezident Administrasiyasının QHT sektorunun rəhbəri Ell Panfilovun rəhbərliyi ilə 23 QHT ilə iştirak edirdi.

- Hansı məsələlər böyük səkkizliyi daha çox narahat edir?

- Daha mühim problemlər dünyada qlobal uyğunsuzluq, Avropanın enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri idi. Dünya iqtisadiyyatı və sabit inkişaf məzmununda əsas diqqqət ÜTT-yə və ədalətli ticarətin təmin olunmasına yönəlmişdi. Qeyd etmək lazımdır ki, bir sıra üçüncü ölkələrin nümayəndələri hazırda beynəlxalq maliyyə institutları ilə bağlı həyata keçirilən siyasət və dünya ticarəti üçün mövcud ədalətsiz rejimlə bağlı ciddi tənqidlərə məruz qaldılar. İkigünlük toplantıda həmçinin enerji təhlükəsizliyi və qlobal iqlim dəyişikikləri də diqqət mərkəzində oldu. Avropa qlobal istiləşmədən çox narahatdır və hətta konkret bu prosesin iqtisadi işlənməsinə də malikdir.

Bundan əlavə, ayrı-ayrı müzakirələrdə Afrika ilə bağlı məsələlər, QİÇS-in və malyariyanın təhlükəli həddi, ümumilikdə qitədə olan aclıq problemləri müzakirəyə qoyuldu.

Konfransın formatı böyük səkkizlik ölkələrinin və müəyyən riskli ölkələrin, ilk növbədə Afrika ölkələrinin dialoqundan ibarət idi.

- Azərbaycanla bağlı hər-hansı bir məsələ qaldırıldımı?

- Azərbaycan ilk dəfə idi ki, bu cür Forumda iştirak edirdi. Bundan əlavə, bu Forumda Rusiyanı nəzərə almasaq, keçmiş sovet məkanından yeganə ölkə idi ki, forumun işində xüsusi çəkisi var idi.

Fürsətdən istifadə edərək mən Azərbaycanın ÜTT-yə qəbulu ilə bağlı məsələyə toxunaraq Azərbaycan və Qazaxıstan üçün üzvlüyə qəbulla bağlı xüsusi şərtlərin qəbul olunmasının lazımlığını bildirdim. Əks halada, ÜTT-yə adi qaydada üzv olduqda bu kənd təsərrüfatı və ümumilikdə emal sektorunda aqrar sahənin sənayesizləşdirilməsinə gətirib çıxara bilər. ÜTT üzrə mütəxəssislər bu məsələyə münasibət bildirərkən burada daha diqqətli olmaqla razılaşıblar.

- Növbəti Forum harada keçiriləcək?

- Növbəti Forum Yaponiyada təşkil oluna bilər. Ancaq toplantıda iştirak edən bu ölkənin rəsmi nümayəndəsi bu işin kifayət qədər məsuliyyətli olduğunu və Yaponiya baş nazirindən bu barədə razılıq almadığını bəyan edib.

Bir sözlə, bu cür tədbirin keçirilməsi böyük zəhmət tələb edir. Mən öz gözlərimlə Alman polisinin antiqlobalistlərin, QİÇS-lə mübarizə təşkilatlarının nümayişçilərinin qarşısını necə çətinliklə aldığını görmüşəm.

Ümumilikdə isə qeyd etmək lazımdır ki, Avropada vətəndaş sektoru böyük təsir imkanlarından istifadə edir və hakimiyyət də onlarla fəal surətdə əməkdaşlıq edir. Forumu giriş sözü ilə iqtisadi əməkdaşlıq və inkişaf üzrə federal nazir açdı, sonda isə Bon şəhərinin meri bağladı.

Xəbər lenti

Xəbər lenti