...

Azərbaycan Dəmir Yolu Rusiyadan iki lokomotiv alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2007 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Dəmir Yolu bu gün Rusiyanın Şimali Qafqaz Dəmir Yolundan iki lokomotiv alıb. Bu barədə çərşənbə axşamı ADDY-dən bildiriblər.

Yaxın zamanlarda ölkəyə daha dörd lokomativ gətiriləcək. İlin sonuna qədər isə ADDY 4 elektrovoz da almaq niyyətindədir. Bu lokomotivlər Dəmir Yolunun öz vəsaitləri hesabına alınır.

Ötən il Azərbaycan Rusiyadan qiyməti 220 min dollar olmaqla 4 elektrovoz alıb. Hazırda isə onların qiyməti bir qədər artıb. Eyni zamanda ötən il Dəmir Yolu 10 mln. manat dəyərində ayrılan büdcə vəsaitləri hesabına Rusiyadan 5 yeni lokomotiv alıb.

Hazırda ADDY 111 elektrovoz istifadə edir. Bunlardan 90-nı yüklərin daşınması, 21-i isə sərnişin daşınması üçün istifadə olunur.

Xəbər lenti

Xəbər lenti