...

Statistika Komitəsinə zəmanətsiz kreditlərin qeydiyyatını aparmaq səlahiyyəti veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankının təklif etdiyi "Dövlət borcu haqqında" qanun qüvvəyə mindikdən sonra dövlət zəmanətsiz kreditlərinin qeydiyyatının aparılması Dövlət Statistika Komitəsinə həvalə olunacaq. Bu barədə məlumatı Maliyyə Nazirliyindən veriblər. Öncə bu səlahiyyətlərin Milli Bankla bölünəcəyi güman edilirdi.

"Dövlət Komitəsi fiziki və hüquqi şəxslərin kreditləri barədə məlumat toplayacaq və daha sonra bu məlumatlar Milli Banka veriləcək. Zəmanətsiz kreditlərin qeydiyyatı həmçinin statistik məlumatların yayılması üzrə xüsusi BVF standartlarına qoşulmaq üçün şərtlərdən biri hesab olunur", - deyə Dövlət Statistika Komtəsinin sədri Arif Vəliyev bildirib.

Bu gün ölkədə dövlət zəmanətsiz kreditlərinin qeydiyyatı aparılmasa da, AMB ödəmə balansının tərtib olunması məqsədilə maliyyə axınının həcminin müəyyən olunması üçün həm zəmanətli, həm də zamanətsiz alınmalar barədə informasiyalardan istifadə edir.

Öz növbəsində BVF Milli Banka dövlət zəmanətsiz kreditlərin qeydiyyat və monitorinqinin aparılmasını tövsiyə edib. Məhz bu tövsiyəyə görə, hökumət "Dövlət borcu haqqında"qanun layihəsində qeyri-dövlət borcuna aydınlıq gətirməyi qərara alıb. Maliyyə Nazirliyi "Dövlət borcu haqqında" qanun layihəsində Dövlət Statistika Komitəsinə Azərbaycanda dövlət zəmanətsiz kreditlərin qeydiyyatı və monitorinqinin aparılması səlahiyyətlərinin verilməsini nəzərdə tutub. Hazırda Maliyyə Nazirliyi qanun layihəsini üçüncü oxunuşa hazırlayır.

Zəmanətsiz kreditlərlə bağlı məsələyə qanunvericilikdə aydınlıq gətirilməsi tələbi ondan irəli gəlir ki, rəsmi səlahiyyətlər olmadan özəl kampaniyalardan bu barədə məlumatların alınması çətindir. Zəmanətsiz borclardan fərqli olaraq şəxsi kreditlərin ümumi həcmi bir o qədər də əhəmiyyətli deyil. Əgər onların həcmi artsa da, bu, neft sektorunun hesabına baş verəcək. Amma nəzərə alsaq ki, bu sektor birbaşa olaraq dövlətlə bağlıdır, onda hesabat aparılır. Bu gün zəmanətsiz kreditlərin qeydiyyatı ilə bağlı çətinlik onunla bağlıdır ki, valyuta bazarının liberallaşdırılması hesabına ölkəyə kapital gətirilməsinə məhdudiyyət qoyulmur, buna görə də bunun hansı formada təşkil olunması məlum deyil. Amma zəmanətsiz kreditlər barədə qeydiyyat aparıldıqdan sonra Statistika Komitəsi Maliyyə Nazirliyinin zəmanətli kreditlərdə olduğu kimi, tam informasiyaya malik olacaq. Bu isə ümumi xarici borcu da hesablamağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti