...

2007-ci ilin martında Azərbaycanda baza inflyasiyası 9,9 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2007 19:06 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan Milli Bankının (AMB) göstəricilərinə əsasən, 2007-ci ilin martında baza inflyasiyası fevralla müqayisədə 0,6 faiz, ilin əvvəlində isə 3,2 faiz artıb. Bu barədə AMB-dən məlumat verilib.

Keçən ilin martı ilə müqayisədə bu göstərici 9,9 faiz artıb. Bir il əvvəl isə istehlak qiymətləri indeksinin artımı 4,2 faiz səviyyəsində olub. AMB-dən verilən məlumata görə, bu hesablamalar birinci metodologiya üzrə aparılıb. Bu metodologiyada inzibati nizamlanan (enerjidaşıyıcılarına olan qiymət) və mövsümi xarakterli qiymətlərin (meyvə və tərəvəzə olan qiymətlər) bütün dəyişmələri götürülür.

Hamarlamanın orta prinsipinin istifadə olunduğu hesablamanın ikinci metodologiyasına əsasən, martda baza inflyasiyası fevralla müqayisədə 0,5 faiz təşkil edib. İlin əvvəlinə münasibətdə artım 3,5 faiz, 2006-cı ilin martında isə bir il əvvəlki 2,8 faizə qarşı 7,4 faiz təşkil edib. Bu göstəricinin hesablanmasında Milli Bank səbəti inzibati qiymətlərin və mövsümi qiymətlərin müəyyənləşdirildiyi (meyvə-tərəvəz məhusulları) məhsul və xidmətlərdən təqribən 10 faiz təmizləyir.

Xəbər lenti

Xəbər lenti