...

Əmək Nazirliyi may ayında keçiriləcək əmək yarmarkalarının tarixini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2007 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi may ayında keçiriləcək əmək yarmarkalarının tarixini müəyyən edib.

Nazirliyin Baş Məşğulluq İdarəsindən verilən məlumata görə, birinci yarmarka mayın 15-də Qobustanda, növbəti yarmarkalar isə mayın 18-də Qazaxda və mayın 25-də Göyçayda təşkil olunacaq.

İyun ayında ilk yarmarka isə (1 iyun) Hacıqabulda olacaq. Yarmarkalar ilin sonuna qədər davam edəcək.

2006 cı ildə Nazirlik Azərbaycanın müxtəlif regionlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında 40-dan çox yarmarka keçirib. Keçirilən tədbirlərdə 27 mindən çox iş yeri ilə 3 mindən artıq şirkət iştirak edib. 7,8 min insan isə işə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti