...

Bakıda müasir " Nəqliyyatın intellektual idarəolunması" sistemi yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2007 16:20 (UTC +04:00)

Azərbayacan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanın Nəqliyyat Nazirliyi iki il ərzində Bakıda "Nəqliyyatın intellektual idarəolunması" sistemini yaratmağı planlaşdırır. Bunu çərşənbə günü nazirliyin Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin direktoru Sədrəddin Məmmədov bildirib.

Bu işdə Azərbaycana 2007-ci il 24 apreldə Niyyət Memorandumu imzalamış Cənubi Koreyanın Nəqliyyat Nazirliyi yardım edəcək.

Bu əməkdaşlıq çərçivəsində koreyalı məsləhətçilər tender elan olunması üçün artıq texniki tapşırıqlar hazırlayıblar.

İlkin hesablamalara görə, sistem iki mərhələdə yaradılacaq.

Birinci mərhələdə 2008-ci ilin sonuna qədər sistemin şəhərin mərkəzində Heydər Əliyev prospektindən Əzizbəyov dairəsinə qədər istiqamətdə tətbiq olunması nəzərdə tutulur.

İkinci mərhələdə isə sistem bütün paytaxt ərazisində quraşdırılacaq və bunun üçün 2009-cu ilin sonuna qədər zaman ayrılıb.

Məmmədovun sözlərinə görə, Seulda 10 il ərzində quraşdırılmış dünyanın ən təkmil və funksiyalı "Nəqliyyatın intellektual idarəolunması" sistemindən fərqli olaraq, Bakıda ən müasir texnologiyalar tətbiq olunacaq.

İlkin qiymətləndirməyə görə layihənin dəyəri 50-55 mln. dollar dəyərində müəyyənləşdirilir ki, bu vəsaitin də dövət büdcəsindən ayrılması gözlənilir.

Bu sistemin tətbiqi nəqliyyat vasitələrinin hərəkəti, sürəti, dayanacaqları, nəqliyyat qəzaları. tıxaclar və digər hadisələr barədə məlumatların operativ surətdə dispetçer məntəqəsinə ötürülməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti