...

Nazir: "Belarus Azərbaycana ərzaq təhlükəsizliyi məsələsində kömək göstərməyə hazırdır" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2007 15:20 (UTC +04:00)
Nazir: "Belarus Azərbaycana ərzaq təhlükəsizliyi məsələsində kömək göstərməyə hazırdır" (video)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ərzaq təhlükəsizliyinin əsasını təşkil edən ərzaq məhsullarının siyahısını hazırlayır. Bu barədə cümə günü Belarus hökuməti nümayəndələri ilə görüşdə məlumat verən iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, həmin siyahı yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunacaq.

Dövlət müxtəlif ölkələrdən böyük həcmdə müvafiq kateqoriyaya aid ərzaq məhsullarını almağı planlaşdırır. Sonra qeyri-ticarət müəssisələri vasitəsilə daxili bazardakı ərzaq məhsullarının qiymətinə təsir göstərilməsi nəzərdə tutulur.

"Biz səmimi olacağıq və Belarusda ala biləcəyimiz məhsullarla bağlı dərhal qarşı tərəfə məlumat verəcəyik" - deyə nazir bildirib.

Belarusun ticarət naziri Aleksandr İvankov isə Azərbaycan hökumətinin dəstək verəcəyi halda Azərbaycana ərzaq məhsullarının ixracı məsələsində əlindən gələni etməyə hazır olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti