...

Azərbaycanın bölgələri ipoteka kreditlərinin sayına görə Bakıya çatmaq üzrədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın bölgələri ipoteka kreditlərinin sayına görə Bakıya çatmaq üzrədir. Bu barədə Azərbaycanın Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin yaydığı məlumatda bildirilir.

2006-ci il martın 1-dən bu günədək xidmət 9369 ərizə qeydiyyata alıb. Onlardan 7050-ü Bakının payına düşür.

Cari ilin ilk dörd ayı ərzində respublika üzrə 4552 ipoteka çıxarışı verilib. Onlardan 2482-ü Bakı, 2070 -i isə ölkə bölgələrinin payına düşür.

Xidmətin apardığı araşdırmalara əsasən, ipoteka kreditlərinin sayında bölgələrlə paytaxt arasındakı fərq getdikcə azalır.

Xəbər lenti

Xəbər lenti