...

Azərbaycan gəmilərinin Rusiyanın daxili sularından istifadəsinə icazə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Rusiya hökuməti Azərbaycan gəmilərinə daxili sulardan istifadə üçün icazə verib. Bu barədə Xəzər Gəmiçiliyindən (KASPAR) verilən məlumatda bildirilir. Konkret olaraq Rusiya 14 gəminin keçidinə icazə verib (Xəzər dənizindən Azov dənizinə və geriyə 28 keçid).

Hazırda Azərbaycan gəmilərinin Rusiyanın daxili sularından istifadəsi ilə bağlı məsələ dəyişməz olaraq qalır. Belə ki, bir gəmi Xəzərdən keçib geri, Qara dənizə bir dəfə qayıda bilər. Bu kimi problemlərin həlli üçün Rusiyanın hüquqi-normativ aktlarına dəyişkliklər etmək lazımdır.

2006-cı ildə Xəzər gəmiçiliyi Rusiya hökumətindən 14 gəmi üçün 25 icazə alıb. 11 icazə Xəzərə daxil olmağı, 14-ü isə Xəzərdən çıxmağı nəzərdə tuturdu.

Verilən icazələrə baxmayaraq Azərbaycan Rusiyanın daxili sularından istifadə ilə bağlı uzunmüddətli razılaşmaya ümid bəsləyir. Məsələnin həlli üçün təkcə Dəniz kodeksinin deyil, həmçinin mövcud qanunvericiliyin dəyişdirilməsi gərəkdir.

Hazırda Azərbaycan gəmilərinin Rusiyanın daxili sularından keçidinin qiyməti (bir tərəfə) 20 - 25 min dollara bərabərdir. Rusiya gəmiləri üçün isə bu, 5-6 min dollara başa gəlir. Beləliklə, Azərbaycan gəmilərinin Rusiyanın daxili sularından keçidi bu ölkənin müvafiq strukturlarına böyük gəlir gətirir.

Xəbər lenti

Xəbər lenti