...

Apreldə Azərbaycanın Vergilər Nazirliyi 9 cinayət işi qaldırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2007 16:32 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/ Azərbaycanın Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Araşdırılması üzrə Departamenti apreldə hüquqi və fiziki şəxslərə qarşı doqquz cinayət işi qaldırıb. Bu barədə nazirlikdən məlumat verilib. Bütün bu işlər üzrə büdcədən yayınmış vergilərin ümumi məbləği 5,877 mln. manat təşkil edir.

Cinayət işləri CM-in 213,4-cü maddəsi üzrə "Konqress", "Bakmontaj", "Avtoservis", "Yenilik - Z.F." MMC, "Nicat", "Real-servis" və "Humay" kommersiya müəssisələrinə qarşı qaldırılıb. Daha iki fiziki şəxs vergi ödəməsindən yayınmaqda ittiham olunur. Bunlar vergi orqanlarında qeydiyyatsız fəaliyyətinə görə Süleyman İmanov və markalanmamış siqaretlərin reallaşdırılmasına görə Məhəbbət Mehdiyevadır.

Xəbər lenti

Xəbər lenti