...

Milli Bank Azərbaycan banklarında korporativ idarəetmə standartlarının tətbiqinin qiymətləndirilməsini aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankı (AMB) ölkədə fəaliyyət göstərən bütün banklara korporativ idarəetmə standartlarının tətbiqi üzrə özünüqiymətləndirmə forması göndərib. Bu barədə AMB-dan məlumat verilib. Ümumilikdə Milli Bank tərəfindən IT üzrə altı standart təsdiq olunub: daxili audit, risklərin idarə olunması, maliyyə idarəetməsi və hesabatlılıq, strateji planlaşdırma və təşkilati struktur, insan resursları. Bunlardan banklar üçün hələlik iki standart üzrə özünüqiymətləndirmə forması göndərilib.

Banklardan cavab alındıqdan sonra AMB cavabların təhlilini aparacaq ki, bu da 2-3 aydan sonra hazır olacaq.

"Banklar haqqında" qanun qəbul olunduqdan sonra korporativ idarəetmə sisteminin tətbiqi məcburi olub. Bununla əlaqədar olaraq AMB hər bir bankda ayrıca korporativ idarəetmə standartının vəziyyəti ilə bağlı qiymətləndirmə aparır. Çatışmazlıqlar müəyyən olunduğu halda hər bir bank üçün tədbirlər planı hazırlanır. Planda aşkar olunmuş problemlərin həll olunması üçün konkret addımlar göstərilir və bu banklarla birgə həyata keçirilir. "Bu plan üzrə onlar işləməyə başlayır və biz də onların fəaliyyətini qiiymətləndiririk",-deyə AMB-dan bildiriblər.

Xəbər lenti

Xəbər lenti