...

Bank rəhbəri: Capital Bank Azərbaycan SSR Əmanət Bankındakı əmanətlərin invertarizasiyasında problemlə üzləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2007 17:25 (UTC +04:00)
Bank rəhbəri: Capital Bank Azərbaycan SSR Əmanət Bankındakı əmanətlərin invertarizasiyasında problemlə üzləşib

Azərbaycan, Bakı/ "Trend.Capital" müxbir Ü.İsmayılova/ Azərbaycanın Dövlət Capital Bank-ı Azərbaycan SSR-in Əmanət Bankındakı əmanətlərin invertarizasiyası zamanı həmin dövrdə Dağlıq Qarabağ ərazisində yaşamış şəxslərin əmanətlərilə bağlı məlumatların çatışmazlığı ucbatından ciddi problemlə üzləşib. Bu barədə cümə günü Bankın İdarə Heyətinin sədri Rauf Rzayev bildirib.

Azərbaycan prezidentinin sərəncamı ilə SSRİ Əmant Bankının Azərbaycan bölməsində olan Azərbaycan əhalisinin 1 yanvar 1992-ci ilə olan əmanətlərinin indeksləşdirilməsinin aparılmasına hazırlıq üçün baş nazir Artur Rasizasənin rəhbərliyi ilə Dövlət komissiyası yaradılıb.

Rzayev qeyd edib ki, əmanətlərin sahiblərinə 2-3 min rubl həcmində qaytarılacağı ehtimal olunur.

Ümumilikdə bu əmanətlərin məbləği 4,8 mlrd. sovet rublu təşkil edir. Ödəmə isə 1000 köhnə rubla 111 dollar təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti