...

Bizim kulinarlar "Həyatın ləzzəti" müsabiqəsində iştirak edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2007 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı 11 may /müx.Trendlife Amal Rübai/ Trendlife-a Kulinariya Mərkəzindən verilən məlumata görə, mayın 9-16-da Kit adasında "Həyatın ləzzəti" adlı ikinci Beynəlxalq müsabiqə keçirilir.

Müsabiqədə üç məhşur aşbaz: Famil Hüseynov, Vahid Həmidov, Nazim Cəfərov iştirak edirlər. Onlar bir neçə nominasiya üzrə çıxış edirlər. Vahid Həmidov öz məharətini 10 nominasiya üzrə göstərəcək. "Müasir mətbəx", "Balıqdan möhtəşəm bir yemək", "Makaron məmulatları", "Qoyun ətindən yemək", "Orijinal yemək", "İlin qızıl şef-aşbazı" və s. Mənə elə gəlir ki, ən maraqlısı "Qran pri şef aşbazlar komandası", "Qara yeşik" olacaq. Aşbazlara yeşik dolu meyvə və tərəvəz təqdim olunacaq. Və onlar 90 dəqiqə ərzində 3 yemək hazırlamalıdırlar. Qəlyanaltı, əsas yemək və desert.

Xəbər lenti

Xəbər lenti